Krakov-2023: Ruslan Lunyov finaldan kənar qaldı
22.06.2023 - 15:04
Krakov-2023: Ruslan Lunyov finaldan kənar qaldı

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları start götürüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Ruslan Lunyov ilk sınağına çıxıb.

O, 10 m məsafədən tapança ilə atəş açmaqda qüvvəsini sınayıb. Seçmə mərhələdə 577 xal toplayan Lunyov 11-ci yeri tutaraq finala adlaya bilməyib. O, mükafatlar uğrunda yarışacaq 8 snayper arasına düşməyib.
 

writer photo
Əlirza Əlirzalı
0