“Oyundan razı qaldım. Amma nəticə məni qane etmədi. Çünki bu gün sağa-sola çox epizod xərclədik”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sivasspor”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib.
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakı klubu ikinci sınaq matçında Super Liqa təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Rumıniyalı mütəxəssis nəticəyə baxmayaraq, yetirmələrindən razılıq bildirib: “Göstərilən oyundan razıyam. Baxmayaraq ki, son həftə ağır məşqlər keçmişik və bizim üçün ağır həftə idi”.
Regekampf əlavə edib ki, “Neftçi”nin iki müxtəlif oyun sistemi olacaq: “Hər oyunda həm A, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik”.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki ilk yoxlama görüşündə “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Təmsilçimiz qardaş ölkədə daha bir sınaq matçı planlaşdırır.