“Liverpul” holland müdafiəçini transfer edə bilər
01.06.2023 - 01:10
“Liverpul” holland müdafiəçini transfer edə bilər

Hollandiyalı futbolçu Mikki van de Ven “Liverpul”un diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, “Volfsburq” 22 yaşlı müdafiəçiyə görə, 40 milyon avro tələb edir.

Almaniya Bundesliqasında göstərdiyi oyun Mikkini bir çox klubun transfer siyahısına daxil edib. Futbolçu ilə klub arasındakı müqavilədə müəyyən məbləğ qarşılığında azad agent status maddəsi qoyulmayıb. Bu amil ingilislərə transferi reallaşdırmaq imkanı yaradır.

Qeyd edək ki, “Liverpul” “Leyptsiq”in müdafiəçisi  Yoşko Qvardiolla maraqlansa da, 112 milyon avroluq tələb onları geri addım atmağa vadar edib.
 

writer photo
Əlirza Əlirzalı
0