“Qarabağ”ın qolkiperi Andrey Lunyov yenicə “Rubin”dən rəsmi təklif alıb.
Apasport.az saytına verilən məlumata görə, Kazan təmsilçisi onu bu qış fasiləsində transfer etmək istəyib.
Bununla bağlı onun menecerinə də təklif irəli sürülüb. Lakin Lunyov “Qarabağ”ı tərk etmək istəmədiyi üçün “Rubin”in təklifini geri çevirib.
32 yaşlı qolkiper yayda “Qarabağ”la 1+1 illik müqavilə imzalayıb.
Onun yeni mövsümə də Azərbaycanda başlayacağı gözlənilir.
Xatırladaq ki, rusiyalı çərçivə qoruyucusu daha əvvəl “Torpedo”(Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa”, “Zenit”, “Bayer” (Leverkuzen) klublarının formasını geyinib.
Lunyov “Qarabağ”a görə məşhur kluba "yox" dedi
08.02.2024 - 23:16
0
0