Rusiya millisinin martdakı təlim-məşq toplanışı üçün genişləndirilmiş heyəti məlum olub.
Apasport.az xəbər verir ki, 38 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın qapıçısı Andrey Lunyov, həmçinin Aleksey Mirançuk (“Atalanta”), Aleksandr Qolovin (“Monako”), Arsen Zaxaryan (“Real Sosyedad”) yer alıb.
Qapıçılar: İlya Lantratov, Aleksandr Maksimenko, Andrey Lunev, Matvey Safonov.
Müdafiəçilər: Arsen Adamov, Sergey Volkov, İqor Diveyev, Vyaçeslav Karavaev, Yuri Qorşkov, Evgeni Morozov, Maksim Osipenko, Aleksandr Silyanov, Dmitri Skopintsev, Aleksandr Soldatenkov, Yevgeni Xarin, Dmitri Çistyakov, Daniil Xluseviç. Yarımmüdafiəçilər: Anton Mirançuk, Aleksey Mirançuk, Dmitri Barinov, Danil Qlebov, Maksim Qluşenkov, Arsen Zaxaryan, Aleksandr Qolovin, Anton Zinkovski, Artem Karpukas, Nikita Krivtsov, Daler Kuzyaev, Andrey Mostovoy, İvan Pınyakov, Dail Pınyakov, Dail Oblyakov, Sergey Oblyakov, Aleksandr Çernikov.
Hücumçular: İvan Sergeev, Fedor Çalov, Aleksandr Sobolev, Konstantin Tyukavin.
Xatırladaq ki, Valeri Karpinin komandası martın 21-də Serbiya millisi ilə, martın 25-də isə Paraqvay yığması ilə yoldaşlıq oyunu keçirəcək.