Lunyova Rusiyadan zəng gəlib
28.02.2024 - 11:18
Lunyova Rusiyadan zəng gəlib

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Rusiya millisinin məşqçilər korpusu ilə əlaqələrdən bəhs edib.

Apasport.az xəbər verir ki, rusiyalı qolkiper bu barədə "Championat" nəşrinə müsahibəsində danışıb.

“Zəng olub, amma hələ milliyə dəvət yoxdur. Zəng edən Vitali Kafanov idi. O, Avropa Liqasına vəsiqə qazanmamız və oyunumuz münasibətilə təbrik etdi. Sonuncu dəfə "Bayer"dəki zədə səbəbindən milliyə gedə bilmədim. Mən təkcə milliyə getmək yox, oynamaq istəyirəm. Təbii ki, gözləyirəm. Bu, çox gözəl olardı”, - deyə Lunyov bildirib.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Andrey Lunyov UEFA Avropa Liqasında ən çox qurtarış edən qapıçıdır.

writer photo
Əlirza Əlirzalı
0