Mahir Emreli Kiprə doğru
26.11.2023 - 15:57
Mahir Emreli Kiprə doğru

Azərbaycan milli komandasının vingeri Mahir Emreli “Dinamo”da daimi oynamamasına görə qışda komandasını dəyişməyə müsbət yanaşır.


Apasport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar az deyil.

Belçika, Türkiyə və hətta İtaliya A seriyasından da Emreli ilə maraqlanan komandalar var. 


Bu arada, Emrelini heyətinə qatmaq istəyən, ən azından qışda icarəyə götürmək istəyən komanda ortaya çıxıb. Belə ki, Kiprin çempionu “Aris” azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyir. Limassol təmsilçisi qışda Emrelini altı aylıq icarəyə götürmək haqda düşünür. Bunun baş tutub-tutmaması futbolçunun qərarından asılı olacaq.


Qeyd edək ki, “Aris” son illər Kipr futbolunda yüksəlişdə olan klubdur. Onlar ötən mövsüm çempionluğu əldə edib və bu mövsüm də 12 turdan sonra liderdir.

writer photo
Əlirza Əlirzalı
0