“Mançester Yunayted”in 5 transfer arzusu
07.06.2022 - 22:55
“Mançester Yunayted”in 5 transfer arzusu

“Mançester Yunayted” yay transfer planları üzərində çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Erik ten Haq klubdakı ilk dönəmində 5 yeni oyunçunun keçidini tələb edib.

“Qırmızı şeytanlar”ın əsas hədəfi “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqdur. Kataloniyalılar maddi qazanca görə bu keçidə razı olsa da, Niderland millisinin üzvü özü Çempionlar Liqasından kənarda qalmaq istəmir. Bu sövdələşmənin baş tutması üçün başqa bir neçə ulduz da alınmalıdır.

Baş məşqçi başa düşür ki, Pol Poqba və Nemanya Matiçin gedişindən sonra de Yonqdan əlavə ən azı daha bir mərkəz yarımmüdafiəçisi lazımdır. Ten Haq klubun direktoru Con Merto ilə Kelvin Fillips (“Lids”) və Deklan Raysın (“Vest Hem”) namizədliyini müzakirə edir. Ancaq rəhbərlik “Vest Hem”in Rays üçün 150 milyon funt-sterlinqlik tələbini yerinə yetirmək fikrində deyil.

“Mançester Yunayted”in çoxdandır xidmətində maraqlı olduğu digər oyunçu Nqolo Kantedir. Rəhbərlik fransalının klubu “Çelsi” ilə yeni müqavilə məsələsində danışıqlarının necə yekunlaşacağını gözləyir.

Ten Haq yarımmüdafiə xətti ilə yanaşı, müdafiə və hücuma da transferlər edilməsinə çalışır.
 

writer photo
Əlirza Əlirzalı
0