Maqomedxan Maqomedov: "Nəticəmdən razıyam" - Video
11.08.2024 - 17:17
Maqomedxan Maqomedov: "Nəticəmdən razıyam" - Video

Paris-2024 Yay Olimpiadasında sərbəst güləş yarışlarında ölkəmizi təmsil edən Maqomedxan Maqomedov bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, güləşçimiz üçüncülük görüşündəki qələbəsindən sonra jurnalistlərə açıqlama verib:

"Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi.

Bundan sonrakı planlarım? Hələ ki, evi gedib dincəlmək və bərpa prosesi keçməyi düşünürəm. Sonrasına baxarıq".

writer photo
Əlirza Əlirzalı
0