Medallar təqdim olundu
21.09.2023 - 00:16
Medallar təqdim olundu

Paytaxtımızda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri baş tutacaq. 

Apasport.az saytı xəbər verir ki, Bakı Böyük Dəbilqə turnirində qalibləri veriləcək medalların təqdimatı olub.

Yüksək dizaynla hazırlanmış medalların ön tərəfində yarışın loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın adı və tarixi həkk edilib. Medalın arxa hissəsində isə Beynəlxalq Cüdo Federasiyasının (BCF) loqosu yer alıb. Yarışda 61 ölkədən 452 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnir sentyabr 22-24-də Milli Gimnastika Arenasında keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0