Məhəmmədəliyevə Rusiya və Xorvatiyadan təklif
02.12.2023 - 12:58
Məhəmmədəliyevə Rusiya və Xorvatiyadan təklif

Azərbaycan milli komandasının və “Adana Dəmirspor”un qolkiperi Şahruddin Məhəmmədəliyevin qışda başqa kluba icarəyə yollanmaq ehtimalı yaranıb. 

Apasport.az xəbər verir ki, Adana klubuna keçəndən sonra yalnız bir oyunda iştirak edən qolkiperin qışdan sonra daha çox oyun praktikası qazanmaq üçün icarəyə yollanması gözlənilir. 

Onun xidmətində maraqlı olan komandalar isə az deyil. Rusiya klublarından “Axmat” Şahruddini istəyir. Bu klub Məhəmmədəliyev hələ “Qarabağ”da oynayarkən onun transfer hüquqlarına yiyələnmək istəsə də, millimizin qolkiperi sonda seçimini “Adana Dəmirspor”un lehinə etmişdi. 

Onunla maraqlanan digər komanda isə Xorvatiya çempionatının iddialılarından sayılan “Osiyek”dir. Xorvatlar da qapı mövqeyindəki rəqabəti artırmaq məqsədi ilə Şahruddini icarəyə götürmək haqda düşünür. Türkiyənin özündə də, Məhəmmədəliyevlə maraqlanan komandalar var. 

Qeyd edək ki, Azərbaycan yığmasının əsas qapıçısının hansı qərarı verəcəyi elə qışda dəqiqləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0