Menecer: “Dzyuba “Qarabağ” və ya “Neftçi”yə keçə bilərdi”
02.08.2022 - 09:36
Menecer: “Dzyuba “Qarabağ” və ya “Neftçi”yə keçə bilərdi”

Rusiyalı futbol meneceri Artyom Proxorov milli komandanın hücumçusu Artyom Dzyubanın hələ də özünə klub tapmamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, agent bu məsələdə 34 yaşlı forvardın özünü günahlandırıb.

O, ulduz futbolçunun Azərbaycandan təkliflər aldığını da vurğulayıb: “Artyom Azərbaycanda “Qarabağ” və ya “Neftçi”yə keçə bilərdi. O, Türkiyəyə getməyə hazır idi. Bununla belə, futbolçunun hələ də komandasız qaldığını görürük. Bunda bir sıra amillər var. Əsas faktorlardan biri Dzyubanın maaşla bağlı heç kimlə razılaşmamasıdır. Digər tərəfdən Rusiya Premyer Liqasında ikinci “8-liy”in komandalarına getməz. O, qərar verməlidir, çünki vaxtı tükənir”.

Qeyd edək ki, 2015-ci ildən formasını geyindiyi “Zenit”dən bu yay ayrılan Artyom Dzyuba hazırda azad agentdir.

writer photo
Əlirza Əlirzalı
0