Məqsəd İsayev zədələndi
02.03.2024 - 16:30
Məqsəd İsayev zədələndi

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “Zirə”nin aparıcı müdafiəçisi Məqsəd İsayev rəqib oyunçu ilə toqquşaraq xəsarət alaraq mübarizəni davam etdirə bilməyib. 10-cu dəqiqədə məcburi əvəzləməyə əl atan baş məşqçi Rəşad Sadıqov meydançaya Fuad Bayramovu buraxıb.

Qeyd edək ki, “Zirə” məhz Məqsəd İsayev zədələnib meydanı tərk etdiyi anda azlıqda qalarkən qapısında qol görüb.

writer photo
Əlirza Əlirzalı
0