Merih Önal: “Qəbələ” 2 top fərqilə uduzacaq
21.07.2022 - 11:47
Merih Önal: “Qəbələ” 2 top fərqilə uduzacaq

Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ” bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, Elmar Baxşıyevin yetirmələri II təsnifat mərhələsinin ilk matçını Macarıstanda yerli “Fehervar”a qarşı keçirəcək.

Futbol eksperti Merih Önal bu görüşlə bağlı təxminlərini bildirib. Türkiyəli mütəxəssis “Qəbələ”ni səfərdə şanssız hesab edir.

“Fehervar”ı “Qalatasaray”la yoxlama görüşündə izləmək şansımız oldu. Həmin matçda Macarıstan təmsilçisi ilə bağlı müəyyən təəssüratlar formalaşdı. Bu gün “Qəbələ”dən daha müdafiəyəmeyilli oyun, “Fehervar”dan isə yüksək templi təzyiq gözləyirəm.

Meydan sahibləri topa sahib olmağı xoşlayan komandadır. Bu da Azərbaycan təmsilçisinin işini daha da çətinləşdirəcək. “Fehervar” cütün taleyini ilk qarşılaşmada həll etməsə belə, ən azı Azərbaycana rahat yollanmaq üçün hücum futbolu sərgiləyəcək, daim qol axtarışında olacaq.

Düşünürəm ki, aramsız həmlələr “Qəbələ”ni səhvə vadar edəcək. Macarların ən azı 2 top fərqilə qalib gələcəyini təxmin edirəm.

Proqnozum: Fora 1 (-1)
 

writer photo
Əlirza Əlirzalı
0