Messi və Ronaldodan Pele paylaşımı
30.12.2022 - 00:24
Messi və Ronaldodan Pele paylaşımı

Futbol əfsanəsi Pelenin ölümü məşhurların bu barədə paylaşımlarına səbəb olub.

Apasport.az xəbər verir ki, argentinalı dünya çempionu Lionel Messi və Kriştianu Ronaldo bu barədə paylaşım ediblər.

Messi "Rahat yat, Pele" cümləsi ilə kifayətlənib.

Ronaldo isə bu sözləri qeyd edib: “Bütün Braziliyaya və xüsusilə də cənab Edson Arantiz du Nasimentunun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Əbədi kral Peleyə sadə bir “əlvida” demək bu dəqiqə bütün futbol dünyasını bürüyən ağrını ifadə etmək üçün kifayət etməyəcək.

Milyonlarla insan üçün ilham mənbəyi, dünən, bu gün, həmişə. Onun mənə həmişə göstərdiyi məhəbbət uzaq məsafədə olsa belə, paylaşdığımız hər an qarşılıqlı idi.

O heç vaxt unudulmayacaq və onun xatirəsi hər birimizdə, futbolsevərlərdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele".

Qeyd edək ki, xəstə yatan 82 yaşlı Pele bu gün dünyasını dəyişib.

writer photo
Əlirza Əlirzalı
0