Messi yenidən Ərəbistanda
01.05.2023 - 20:49
Messi yenidən Ərəbistanda

Lionel Messi Səudiyyə Ərəbistanına gedib.

Apasport.az xəbər verir ki, ulduz futbolçunun səfər zamanı “Əl-Hilal”la danışıqlar aparacağı gözlənilir.

Messi ərəb ölkəsinin turizm səfiridir və bu, onun Səudiyyə Ərəbistanına ikinci səfəridir. Yayda PSJ ilə müqavilə müddəti bitəcək argentinalı hücumçuya astronomik təklif var. “Əl-Hilal”ın Leoya illik 400 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Messinin “Barselona”ya dönmə ehtimalı da var.
 

writer photo
Əlirza Əlirzalı
0