Meza Kolli Azərbaycana QAYIDIR
09.07.2024 - 13:48
Meza Kolli Azərbaycana QAYIDIR

Ötən mövsümü “Zirə”də keçirmiş Sezar Meza Kolli yenidən Azərbaycana qayıdır. 

Apasport.az saytına verilən məlumata görə, paraqvaylı futbolçu bu dəfə “Araz-Naxçıvan”dan təklif alıb. 

Hazırda tərəflər arasında danışıqlar davam edir. Sezar Meza Kolli maliyyə məsələsində Naxçıvan klubu ilə razılaşarsa, tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Sezarın “Araz-Naxçıvan”la bir illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Çezena”, “Alaves”, “Pavia”, “Universitatya Krayova”, “Neftçi”, “Ohod”, “Zirə” klublarında oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0