Milli futbolçusunun komandası Niderlandda mübarizəni dayandırdı
11.01.2023 - 02:15
Milli futbolçusunun komandası Niderlandda mübarizəni dayandırdı

Millimizin futbolçusu Ozan Kökçünün formasını geyindiyi "Eyndhoven" klubu Niderland kubokunda 1/8 final mərhələsinin oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komanda səfərdə “Breda” ilə qarşılaşıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın 120+1-ci dəqiqəsində daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.

Ozan Kökçü də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə Dyon Dorenbosxla əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0