Milli ilk xalı qazandı - YENİLƏNİB
17.06.2023 - 21:54
Milli ilk xalı qazandı - YENİLƏNİB

Bu gün yığmamız AVRO-2024-ün seçmə mərhələsində üçüncü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya komandası ilə heç-heçə oynayıb.

Canni de Byazinin yetirmələri tsikldə ilk ev matçını keçiriblər. İki səfər oyunundan xalsız dönən yığmamız Estoniya ilə görüşdə uğursuz seriyaya son qoyub.

“Dalğa Arena”dakı qarşılaşmada hesabı qonaqlar açıblar. Standart vəziyyət zamanı Sappinen dəqiq zərbə ilə fərqlənib.  Fasilədən sonra əvəzetmələr sayəsində oyunda dönüş yaradan komandamız hesabı bərabərləşdirə bilib. Oyuna sonradan daxil olan Anton Krivotsyuk başla topu qapıdan keçirib. Bundan sonra millimiz bir neçə vəziyyət yaratsa da, qələbə qolunu vurmaq mümkün olmayıb. Son saniyələrdə isə dirək Estoniyanı xilas edib.

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi
III tur, F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya - 1:1
Qollar: 
Anton Krivotsyuk, 62 - Sappinen, 27
Baş hakim: Andrey Berka (Çexiya)
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 16. Elvin Camalov, 20. Aleksey İsayev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 10. Mahir Emreli
Ehtiyat oyunçular: 14. Rüstəm Əhmədzadə, 7. Namiq Ələsgərov, 1. Emil Balayev (q), 17. Toral Bayramov, 18. Coşqun Diniyev, 23. Yusif İmanov (q). 5. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 13. Qismət Əliyev, 21. Emil Səfərov.  
Estoniya: 12. Karl Hein, 2. Martin Kuusk, 3. Marko Lukka, 4. Mattias Kait, 6. Rasmus Peetson, 8. Anri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasiy Sinyavskiy
Ehtiyat oyunçular: 21. Nikita Baranov, 1. Matvey İqonen (q). 13. Mixail Lilander, 11. Henrik Oyamaa, 20. Markus Poom, 16. Sten Reinkort, 5. Rokko Robert Şein, 9. Erik Sorqa, 23. Teniste Taiyo, 7. Georgi Tunyov, 22. Karl Andre Vallner, 10. Martin Vetkal
Bakı. “Dalğa Arena”

1

Avstriya

3

2

1

0

7-3

7

2

Belçika

2

1

1

0

4-1

4

3

İsveç

2

1

0

1

5-3

3

4

Estoniya

2

0

1

1

2-3

1

5

Azərbaycan

3

0

1

2

2-10

1

 

writer photo
Əlirza Əlirzalı
0