İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxıb.
Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürüb.
Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gəliblər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayıb.
“FIFA series – Edition 2024”
22 mart
20:00. Azərbaycan – Monqolustan 1:0
Qol: Bəhlul Mustafazadə, 90
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu