Millimiz səfərdə autsayderi məğlub edib
27.10.2023 - 20:05
Millimiz səfərdə autsayderi məğlub edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində 3-cü matçında Farer adalarına qonaq olub.

Millimiz səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. Komandanın heyətində Kristina Bakarandze və Manə Mollayeva fərqləniblər.

Qeyd edək ki, yığmamız bu qələbədən sonra turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Millətlər Liqası
C liqası, 3-cü qrup
III tur
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan - 1:2
Qollar:
Dal Kistiansen Sunniva, 83 - Kristina Bakarandze, 30. Manə Mollayeva, 49
Baş hakim: Yelena Yermolajeva (Latviya)
Klaksvik. “Djupumyru” stadionu

1

Azərbaycan

3

2

1

0

4-2

7

2

Kipr

2

1

1

0

2-1

4

3

Monteneqro

2

1

0

1

1-1

3

4

Farer adaları

3

0

0

3

1-4

0

writer photo
Əlirza Əlirzalı
0