Millimiz üçün macar hakimlər
16.11.2023 - 13:24
Millimiz üçün macar hakimlər

Belçika – Azərbaycan oyununun hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyununu Macarıstandan olan hakimlər idarə edəcək.

Gergo Bogar oyunun baş hakimi olacaq. Ona Theodoros Georgiou və Balazs Szalai kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ferenc Karako yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 19-da baş tutacaq. Görüş Brüsseldəki “King Baudouin Stadium”da təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0