Millimizdən növbəti MƏĞLUBİYYƏT
17.03.2024 - 16:40
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Sloveniya komandasına 0:4 hesabı ilə uduzub.
Futbolçularımız qrupun ilk oyununda Bolqarıstana (1:6) uduzublar.
Qeyd edək ki, yığmamız qrupda son oyununu martın 20-də Moldova qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
0
0