Azərbaycan “Qarabağ”la qazandı - UEFA reytinqində
13.10.2022 - 22:42
Azərbaycanın UEFA reytinqindəki xalı artıb.
Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının qrup mərhələsinin IV turu səbəb olub.
Bakıda Yunanıstan çempionu “Olimpiakos”u qonaq edən “Qarabağ” qolsuz heç-heçə edib – 0:0. Bu, Azərbaycanın UEFA reytinqinə 0,250 xal gətirib.
Bununla da cari mövsüm qazanılan xallarımız 3,250-yə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,875-ə qədər yüksəlib.
Amma bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.
0
0