İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı
06.06.2024 - 00:25
İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı

"Latsio"nun baş məşqçisi İqor Tudor klubla yolları ayırıb. 

Apasport.az xəbər verir ki, bu ilin martında İqor Tudor Roma təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Onun rəhbərliyi altında komanda 2023/24 mövsümündə A seriyasını 61 xalla 7-ci pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0