Serxio Ramosu uzunmüddətli cəza gözləyir
11.10.2022 - 19:23
Serxio Ramosu uzunmüddətli cəza gözləyir

PSJ-nin müdafiəçisi Serxio Ramos uzunmüddətli diskvalifikasiyaya məruz qala bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz futbolçunun Fransa Liqa1-nin X turunda “Reyms”lə oyunda (0:0) hakimi təhqir etməsidir.

Referi protokola bunu aqressiv hərəkət kimi yazıb. Lakin İntizam Komitəsi epizodu nəzərdən keçirəcək. 36 yaşlı ispaniyalının 2-7 oyun arası cəzalandırılması istisna olunmur Komitənin iclası sabah baş tutacaq.

Qeyd edək ki, Serxio Ramos “Reyms”lə qarşılaşmanın 41-ci dəqiqəsində hakimə etiraza görə ikinci sarı vərəqə ilə meydandan qovulub.
 

writer photo
Əlirza Əlirzalı
0