2028-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına 5 ölkə ev sahibliyi edə bilər.
Apasport.az saytı xəbər verir ki, İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiya bu hüququ əldə etməyə çox yaxındır.
UEFA ev sahibliyi ilə qaydalara dəyişiklik etməyi planlayır. Avropanın ali futbol qurumu 5 ölkəyə birbaşa Avropa çempionatının final mərhələsində oynamaq hüququ verməyəcək. Əgər “beşliy”in sifarişi qələbə qazansa bütün yığmaların seçmə mərhələsində mübarizə aparacaq. Nəticədə UEFA seçmə mərhələdə təşkilatçı ölkələrdən yalnız ikisinə güzəştə gedəcək. Seçmə mərhələdə uğursuz olan iki yığma AVRO-2028-in final mərhələsi ev sahibi kimi vəsiqə əldə edəcək.
Qeyd edək ki, UEFA ev sahibini adı gələn ilin martında açıqlayacaq.