“Hər məşqdə və hər matçda öyrənməyə davam edirəm”.
Apasport.az saytı xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Ceremi Doku yeni komandaya adaptasiyadan danışıb və komanda yoldaşlarının çıxışını dəyərləndirib.
21 yaşlı belçikalı futbolçu İngiltərədə gördüklərinin ona müsbət mənada çox şey qatdığını düşünür: “Anladım ki, sakit olmaq lazımdır. Əsas odur ki, topu itirməyək. Mən hələ də bu komponenti təkmilləşdirə bilərəm. Əyləncəlidir. Təbii ki, yeni komanda ilə oynamağı xoşlayıram. Onlar televiziyada çox yaxşı çıxış edirlər, amma real həyatda daha da yaxşıdırlar”.
Qeyd edək ki, Dokunun transferi üçün “Mançester Siti” Fransanın “Renn” klubuna 60 milyon avro ödəyib. Bu mövsüm 4 matçda iştirak edən futbolçu 2 qolla yadda qalıb.