"Real Madrid" tarixə keçdi
15.08.2024 - 01:08
"Real Madrid" tarixə keçdi

"Real Madrid" Avropa Superkuboku uğrunda matçda "Atalanta"nı məğlub edərək tarix yazıb.

Apasport.az xəbər verir ki, "kral klubu" superkuboku ən çox başı üzərində qaldıran komanda ünvanını qazanıb. 

Paytaxt təmsilçisi siyahıda "Barselona" və "Milan"ı qabaqlayıb. "Real Madrid"in aktivində 6, katalonlar və italyanlarda isə 5 kubok var. 

Qeyd edək ki, qaliblər siyahısında son pillədə 1 kubokla Türkiyənin "Qalatasaray" klubu qərarlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0