Çiçarito İngiltərəyə qayıdır
04.11.2023 - 11:28
Çiçarito İngiltərəyə qayıdır

Xavyer Ernandes “Los-Anceles Qalaksi”dən ayrılmağa qərar verib.

Apasport.az xəbər verir ki, Çiçarito kimi tanınan meksikalı futbolçu klubla müqaviləsini yeniləməyəcək. 

O, azad agent statusu ilə keçmiş komandası “Mançester Yunayted”ə geri dönmək istəyir. 35 yaşlı hücumçu 2010-15-ci illərdə “qırmızı şeytanlar”ın heyətində çıxış edib.

Qeyd edək ki, forvardın transfer qiyməti 1 milyon avrodur.

writer photo
Əlirza Əlirzalı
0