Braziliyalı futbolçuya Azərbaycandan təklif
06.07.2022 - 10:11
Braziliyalı futbolçuya Azərbaycandan təklif

Braziliyalı futbolçu Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı mərkəz müdafiəçisi ölkəmizdən təklif alıb.

Son klubu Portuqaliya “Farense”si olan Mança yay fasiləsində azad agent statusu alıb. Hazırda transfer vərəqəsi əlində olan oyunçunun meneceri Covanni Davila onu istəyən klublarla danışıq aparır.

Mançanın xidmətində konkret olaraq Portuqaliya təmsilçiləri “Pakoş Fereyra”, “Boavişta”, “Aruka”, həmçinin Fransa, Yaponiya, İsrail və Azərbaycan klublarının maraqlı olduğu vurğulanıb. Futbolçu özü formadan düşməmək üçün fərdi məşqlər etdiyini söyləyib: “Transfer məsələsini menecerimə həvalə etmişəm, danışıqların yekununu gözləyirəm. Fiziki formamı qorumaq üçün məşq edirəm”.

Qeyd edək ki, Eduardo Mança Avropada Portuqaliya ilə yanaşı, Malta və İranda da legioner həyatı yaşayıb.
 

writer photo
Əlirza Əlirzalı
0