Marselo 25 titul qazandığı “Real”la vidalaşdı
13.06.2022 - 16:24
Marselo 25 titul qazandığı “Real”la vidalaşdı

“Real” futbolçusu Marselo ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi 18 yaşından şərəfini qoruduğu klubda 15 il keçirib.

O, Madrid təmsilçisi ilə 25 titul qazanıb. Bu, “Kral klubu”nun rekordudur. O, son mövsüm Liqa1-də qazanılan çempionluqla Fransisko Xentoya məxsus rekordu (23) geridə qoyub, Çempionlar Liqasını əldə edərək fərqi artırıb.

Marselo İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub.
 

writer photo
Əlirza Əlirzalı
0