Henderson “Əl-İttifaq”a keçdi
27.07.2023 - 16:47
Henderson “Əl-İttifaq”a keçdi

Cordan Hendersonun “Əl-İttifaq”a keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un mətbuat xidməti açıqlayıb.

İngiltərə klubu 12 il formasını geyindiyi Hendersonla vidalaşıb. Yarımmüdafiəçi bu müddətdə 8 titul qazanıb. O, 2015-ci ildən mersisaydlıların kapitanı olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi transfer üçün 12 milyon funt sterlinq ödəyib. Henderson yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

writer photo
Əlirza Əlirzalı
0