“Formula-2”: Qəza səbəbindən 2 pilot çıxışını dayandırdı
12.06.2022 - 11:19
Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.
Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.
Yarışın əvvəllərində Olli Kalduell (“Kampos”) ilə Amauri Kordell (“Van Amersfoort”) toqquşub. Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib.
0
0