Bu gün U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.
Apasport.az xəbər verir ki, yarışlarda 12 komandadan 95 idmançı medallar uğrunda mübarizə aparıb. Qızlar 48 kq, -63 kq və +63 kq çəki dərəcələrində, oğlanlar isə 60 kq, 81 kq və +81 kq çəki dərəcələrində güclərini sınayıblar.
Final görüşü Bakı şəhəri 13 nömrəli İOEUGİM ilə "Təhsil" RİM 10 nömrəli UGİM arasında keçirilib. Bakı şəhəri 13 nömrəli İOEUGİM 4:1 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
1. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
2. "Təhsil" Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi
3. Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi
3. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. "Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi 2
7. Şimal-Qərb regionu
7. "Neftçi" İdman Klubu
"Neftçi" Azərbaycan çempionatında sonuncu oldu
27.01.2023 - 20:54
0
0