“Mançester Siti” onunla müqaviləni uzatdı
15.09.2023 - 12:00
“Mançester Siti” onunla müqaviləni uzatdı

“Mançester Siti” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” komandanın aparıcı oyunçusu Kayl Uolkerlə danışıqları müsbət yekunlaşdırıb.

2017-ci ildən Mançester təmsilçisinin şərəfini qoruyan Uolkerlə  daha 3 illik anlaşma imzalanıb. Onun müqaviləsi 2026-cı ildə bitəcək. 

Qeyd edək ki, Uolker bu mövsüm 6 matçda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0