Millimizdən uğursuz start
12.09.2023 - 23:57
Millimizdən uğursuz start

21 yaşlı futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan millisi ilk oyunda məğlubiyyət acısı yaşayıb.

F qrupunda yer alan yığmamız səfərdə Serbiyanın qonağı olub. Meydan sahibləri oyunun taleyini 7 dəqiqəyə həll ediblər. Mihaylo İliç 19-cu və 26-cı dəqiqələrdə dubl edib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb. Qarşılaşmanın son dəqiqələrində Süleyman Dumadayev qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoyub.

U-21 Avropa çempionatı, seçmə mərhələ
F qrupu
12 sentyabr
Serbiya U-21 – Azərbaycan U-21 – 2:0
Qollar:
Mihaylo İliç, 19; 26
 

writer photo
Əlirza Əlirzalı
0