Millimizin baş məşqçisi: "Qrupu lider kimi tamamlamaq istəyirik"
03.03.2023 - 23:13
Millimizin baş məşqçisi: "Qrupu lider kimi tamamlamaq istəyirik"

“Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FIFA-nın təyin etdiyi vaxtla əlaqədardır".

Apasport.az xəbər verir ki, bunu futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Yunanıstan oyunundan (5:2) sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Juze Alesiu Da Silva deyib.

Braziliyalı məşqçi qrupu lider kimi tamamlamaq istədiklərini bildirib: "Bügünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı. Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 qol buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı. Elit raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq”.

writer photo
Əlirza Əlirzalı
0