Millimizin qapıçısı zədələndi
08.10.2022 - 18:37
Millimizin qapıçısı zədələndi

“Səbail” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun qapıçısı Emil Balayev zədələnib.

Azərbaycan millisinin qolkiperi Misli Premyer Liqasının IX turunda xəsarət alıb. O, “Sumqayıt”la görüşün ikinci hissəsində zədə aldığı üçün Hüseynəli Quliyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda “Səbail” 1:0 hesabı ilə öncədir.

writer photo
Əlirza Əlirzalı
0