Millimizin rəqibləri bəlli oldu - YENİLƏNİB
08.02.2024 - 21:52
Millimizin rəqibləri bəlli oldu - YENİLƏNİB

Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, C divizionunda yarışacaq Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.


Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə millimiz Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alıb.
 

Püşkün nəticəsinə görə, yığmamız İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alıb. İsveçlilər və estoniyalılar AVRO-2024-ün seçmə mərhələsində millimizin rəqibi olublar. Slovakiya isə son Millətlər Liqasında C divizionunda komandamızla yarışıb.
 

Qruplar

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya


2-ci qrup: Rumıniya, Kosova, Kipr, Litva/Cəbəllütariq


3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus


4-ci qrup: Ermənistan, Farer adaları, Şimaliya Makedoniya, Latviya

writer photo
Əlirza Əlirzalı
0