“Molde” - “Qarabağ”: KİM ŞANSLIDIR?
30.11.2023 - 16:43
Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az xəbər verir ki, bukmeker kontorları meydan sahiblərini matçın favoriti sayırlar.
Bu gün “Molde” stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 3,62, Norveç təmsilçisinin qalibiyyəti 1,85 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,53 əmsal verilib.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
0
0