Mutu: “Bu, əla komandadır”
18.07.2023 - 14:54
Mutu: “Bu, əla komandadır”

“Spartak”ın bir neçə oyununu izləmişəm. Əlbəttə ki, onların necə oynadığını bilirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis “Spartak”la Moskvada baş tutacaq yoxlama oyunu öncəsi Rusiya mətbuatına açıqlama verib: “Onların gücündən xəbərim var. Bu, əla komandadır. Üstəlik, onların böyük büdcəsi var. Bizim üçün nəticə deyil, oyunçuların fiziki forması daha vacibdir. “Spartak”la görüşdə taktiki tapşırıqların üzərində işləyə biləcəyik. Biz hələ çox işləməliyik ki, futbolçular inkişaf etsin. Yaxşı oyun olacaq və biz maksimum əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, “Spartak” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0