“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu İtaliya “İnter”inin sabiq futbolçusu Ksian Emmersi heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisinin baş məşqçisi Adrian Mutu sabiq futbolçusunu sərəncamında görmək istəyir. O, rəhbərlikdən belçikalı futbolçunun transferini istəyib.
Mutu “Rapid”in baş məşqçisi olduğu vaxtda 24 yaşlı futbolçuya rəhbərlik edib. Buxarest klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər olan yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Emmers Milan təmsilçisindən başqa, “Kremoneze”, “Vaasland-Beveren”, “Almere Siti”, “Roda” klublarında oynayıb.