Mutu “Neftçi”ni ilk məşqə çıxarır
14.07.2023 - 15:33
Mutu “Neftçi”ni ilk məşqə çıxarır

Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən “Neftçi” bu gün növbəti məşqinə çıxacaq.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Sankt-Peterburq şəhərində təlim-məşq toplanışı çərçivəsindəki bugünkü məşq ilklə əlamətdar olacaq. “Ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0