Naço 3 oyunluq sıradan çıxdı
04.10.2023 - 13:36
Naço 3 oyunluq sıradan çıxdı

Madrid "Real"ının kapitanının cəzası bəlli olub

Apasport.az xəbər verir ki, Naço qarşıdakı 3 matçda komandasına kömək edə bilməyəcək.

33 yaşlı müdafiəçi La Liqanın VIII turunun "Jirona" ilə (0:3) görüşündə rəqib komandadan Portoya qarşı kobudluq edib. Bundan başqa, “Real” əlavə olaraq 1050 avro, futbolçunun özü isə 600 avro ödəməli olacaq.

Qeyd edək ki, Naço “Osasuna”, “Sevilya”, eləcə də “Barselona” ilə “El Klasiko”nu kənardan izləyəcək

writer photo
Əlirza Əlirzalı
0