“Nant”ın futbolçusu: "Göstərməliyik ki, qələbə təsadüf deyil"
14.09.2022 - 17:26
“Nant”ın futbolçusu: "Göstərməliyik ki, qələbə təsadüf deyil"

“Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın futbolçusu Lüdovik Blas deyib.

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılan futbolçu görüş barədə fikirlərini bildirib: “Buna baxmayaraq sabahkı matçda yaxşı oynamaq istəyirik. Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə çıxış etdiyimizi deyə bilmərəm". 

25 yaşlı yarımmüdafiəçi Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı sualı da cavablandırıb: "Biz futbolçuyuq. Buraya oynamağa gəlmişik. Matçımızı keçirdikdən sonra geri dönəcəyik Bunun bizə heç bir aidiyyatı yoxdur". 

Lüdovik həftədə iki oyun keçirməyin çətin olmadığını bildirib: "Bu, bizə bəhanə ola bilməz. Peşəkar futbolçu formada olmalıdır. Matçdan sonra yorula bilərik. Amma dincəldikdən sonra özümüzə gəlirik. Tez-tez oynamağı bəhanə edə bilmərik. Son oyundan sonra göstərməliyik ki, qələbə təsadüf deyil. Sabah da yaxşı çıxış etməyə çalışacağıq. "Olimpiakos"la görüşdəki qələbənin təsadüf olmadığını göstərmək niyyətindəyik".

Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “Nant” oyunu saat 20:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0