“Napoli”: 33 ildən sonra çempion
05.05.2023 - 00:43
“Napoli”: 33 ildən sonra çempion

İtaliya A Seriyasının qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Napoli” mövsümün bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Neapollular Udine səfərindən bir xalla dönərək, bu uğuru əldə ediblər.

“Napoli” tarixində üçüncü dəfə İtaliya çempionu olur.

Qeyd edək ki, klub 1986/87 və 1989/90 mövsümlərində də A seriyasında birinci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0