“Neftçi” “50”ni arxada qoydu
21.12.2022 - 12:48
“Neftçi” “50”ni arxada qoydu

“Neftçi” Azərbaycan Kubokunda 50-ci ev qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, bu, 1/4 finalın cavab oyununa təsadüf edib. 

“Ağ-qaralar” “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi” buna turnirdə öz meydanında keçirdiyi 80-ci matçda nail olub. Bakılılar ölkə kuboku tarixində evdə 50 və daha çox qələbə qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 58 uğura sevinib.

Qeyd edək ki, “Neftçi” ölkə kubokunda bütün mövsümlərdə iştirak edən yeganə komandadır. “Ağ-qaralar”ın ilk ev qələbəsi 1993-cü ildə qeydə alınıb. “Ağ-qaralar” 1/32 finalda OİK-ə qalib gəlib – 6:0.

writer photo
Əlirza Əlirzalı
0