Rusiyalı futbolçu Ayaz Quliyevin Azərbaycana gələcəyi vaxt müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Ximki”nin 27 yaşlı yarımmüdafiəçisi yayda “Neftçi”yə keçəcək.
Bakılılar futbolçunun keçidini qışda reallaşdırmaq istəsə də, transfer baş tutmayıb. Lakin “ağ-qaralar” “Spartak”ın yetirməsindən imtina etmək fikrində deyil. “Neftçi” bu keçidi mövsümlərarası dövrdə gerçəkləşdirməyə qərar verib.
Rusiyanın U-16, U-17, U-18, U-19 və U- 21 yığmalarında oynamış Ayazın futbolçu vətəndaşlığı da dəyişdiriləcək. O, Azərbaycan millisinə dəvət olunacaq və “Neftçi”də legioner statusu daşımayacaq.
Qeyd edək ki, Quliyev Rusiya yığması ilə U-19-lar arasında Avropa çempionatının gümüş mükafatçısıdır.