"Neftçi" daha bir hücumçu transfer etdi
30.07.2024 - 20:22
"Neftçi" daha bir hücumçu transfer etdi

“Neftçi” növbəti transferini reallaşdırıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçu Andrey Ştoqrin komandanın heyətinə cəlb olunub.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 88 nömrəli formanı geyinəcək. Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0